Главная > Manset / Dünya > Yeni Zelandiyanın gələcək Baş naziri yeni hökumətin formalaşdığını elan edib
Yeni Zelandiyanın gələcək Baş naziri yeni hökumətin formalaşdığını elan edib24-11-2023, 10:25. Разместил: azadses |
Oktyabrda keçirilən parlament seçkilərində qalib gələn Yeni Zelandiya Milli Partiyasının lideri Kristofer Lakson hökuməti formalaşdırmağa hazır olduğunu bəyan edib və ölkənin yeni nazirlər kabinetinin tərkibini açıqlayıb. “Report” xəbər verir ki, bunu Kristofer Lakson “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Mən general-qubernatora hökuməti formalaşdırmağa hazır olduğumu və Yeni Zelandiyanın 42-ci Baş naziri kimi and içməyi səbirsizliklə gözlədiyimi bildirdim. Yeni kabinetin nazirləri də ölkəni daha da yaxşılaşdırmaq üçün birlikdə işə başlamağa hazırdırlar”, - məlumatda deyilir. Qeyd edək ki, yeni kabinetin tərkibinə 20 nazir daxil olacaq. Вернуться назад |