Главная > Manset / İdman > Fransa səfiri Mahmudovla Mbappenin qollarını müqayisə edib

Fransa səfiri Mahmudovla Mbappenin qollarını müqayisə edib


19-11-2023, 18:52. Разместил: azadses
Fransanın Azərbaycandakı səfiri Ann Buayon futbol üzrə Azərbaycan milli komandasının üzvü Emin Mahmudovla Fransa yığmasının futbolçusu Kilian Mbappenin qollarını müqayisə edib.

“Report” xəbər verir ki, bu barədə diplomat AVRO-2024-ün sosial şəbəkə səhifəsindəki “Ən yaxşı qol” səsverməsinə münasibət bildirərkən yazıb.

“Seçmək çətindir! Mahmudovun qolu Mbappenin qoluna çox bənzəyir!”, – səfir vurğulayıb.

Qeyd edək ki, “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov FIFA reytinqində 23-cü pillədəki İsveçə, PSJ-nin hücumçusu Kilian Mbappe 198-ci yerdə qərarlaşan Cəbəllütariqə qol vurub. Hər iki oyunçu mərkəzdən dəqiq zərbə ilə fərqlənib.


Вернуться назад