Главная > Manset / Dünya > Türkiyəli mütəxəssisdən tövsiyə: “Gəlin, maşınlarımızı yumaq əvəzinə silək”

Türkiyəli mütəxəssisdən tövsiyə: “Gəlin, maşınlarımızı yumaq əvəzinə silək”


18-11-2023, 17:57. Разместил: azadses
Oktyabr ayında Türkiyə ərazisində yağıntılar uzun illərin orta göstəricisi ilə müqayisədə azalıb.

Bu barədə meteorologiya sahəsi üzrə türkiyəli mütəxəssis Deniz Demirhan məlumat verib.

Deniz Demirhan bu səbəbdən baş verə biləcək quraqlığın qarşısının alınması üçün suya qənaətin əhəmiyyətini vurğulayıb və bəzi tövsiyələr verib.
“Suyumuzdan daha qənaətlə istifadə etməyin yollarını tapmalıyıq. Yağış sularından mütləq faydalanmalıyıq. Yeni tikiləcək binalarda yağış sularının yığılıb saxlanılması olduqca vacibdir. Bundan əlavə, kranlardan damcılayan sular səbəbindən böyük su itkisi ilə qarşılaşırıq. İlk növbədə evlərimizdə suyun damdığı kranları təmir etdirməliyik. Bağ sahələrinin suvarılması bir az məhdudlaşdırılmalıdır. Evdə dişlərimizi fırçalayarkən suyu axa-axa qoymamaq, qabyuyan maşınımız tam dolu olduqda işə salmaq, paltaryuyan maşınımızı da eyni şəkildə ən maksimumuna çatdırıb sonra işə salmaq lazımdır. Maşınlarımızı yumaq əvəzinə silmək daha faydalıdır. Xalçalarımızı yumaq əvəzinə silmək daha faydalı olacaq. Yəni sudan mümkün qədər az istifadə etmək və qənaət etmək çox vacibdir”, - deyə mütəxəssis qeyd edib.

Mənbə: Haber Global


Вернуться назад