Главная > Manset / Cəmiyyət > Azərbaycanda narkotik istifadəsi zamanı xəstəliyə yoluxan şəxslərin sayı AÇIQLANDI

Azərbaycanda narkotik istifadəsi zamanı xəstəliyə yoluxan şəxslərin sayı AÇIQLANDI


17-11-2023, 21:11. Разместил: azadses
Ötən 10 ay ərzində Azərbaycanda İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) 764 nəfər yoluxub.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.

Onlardan 736 nəfəri Azərbaycan vətəndaşları, 28 nəfəri isə əcnəbilər olub.
Azərbaycan vətəndaşları arasında 62 nəfəri (8,4%-i) İnyekson Narkotik İstifadəçiləri olub.
Qeyd olunub ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən hesabat dövründə Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 74 296 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2 140 nəfərdən 1 228 nəfəri istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Bundan başqa, respublika QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlıq Sindromu) Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İİV-ə yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.


Вернуться назад