Главная > Manset / Cəmiyyət > Həkim 40 yaşdan sonra daha effektiv arıqlamağın yollarını açıqlayıb
Həkim 40 yaşdan sonra daha effektiv arıqlamağın yollarını açıqlayıb16-11-2023, 12:52. Разместил: azadses |
“Yaşla, insanda abdominal (qarın nahiyyəsində) piylənməsi, sarkopeniya və qaraciyər disfunksiyası inkişaf edə bilər ki, bu da maddələr mübadiləsinin sürətinə və arıqlamaq qabiliyyətinə mənfi təsir göstərir”. Bunu rusiyalı professor, terapevt, inteqrativ və qocalma əleyhinə tibb üzrə ekspert Svetlana Kanevskaya deyib. Həkim 40 yaşdan sonra çəki ilə daha effektiv mübarizə aparmağın yollarını açıqlayıb. O, qeyd edib ki, yaşlandıqca həm kişilərdə, həm də qadınlarda tədricən piy yığılır və əzələ kütləsi azalır. Bundan əlavə, istirahət zamanı bədən daha az yandırdığı kalori yandırır. Bununla belə, Kanevskaya əminliklə bildirib ki, maddələr mübadiləsi bir neçə yolla sürətləndirilə bilər. “40 yaşdan yuxarı insanlarda maddələr mübadiləsi hər 10 ildən bir 5 faiz azalır”, - deyə ekspert qeyd edib. Əvvəla, həkim pedometer (addımçölçən) almağı və gündə ən azı 10 min addım atmaqdan başlamağı məsləhət görüb. Həmçinin 30-40 dəqiqəlik müntəzəm məşqlər də maddələr mübadiləsinə fayda verəcək, eyni zamanda, məşq zamanı çoxlu tərləmək məsləhət görülür. “Qidalanmanızı nəzarət etməyə başlayın. Qida rasionunuzadan şəkər, bütün trans yağlar və fastfudu çıxarın. Pəhrizinizdə kifayət qədər zülal və faydalı yağların olduğundan əmin olun. Çəkinizə uyğun miqdarda kifayət qədər maye qəbul edin. Rasionunuza daha çox lifli qidarlardan, prebiotiklər və probiyotiklər əlavə edin”, - deyə Kanevskaya bildirib. Professor qeyd edib ki, yetkin yaşda orqanizmin nizamlı qaydada fəaliyyət göstərməsi üçün kifayət qədər yuxuya ehtiyacı var və bunun üçün 23:00-dan tez yatmaq lazımdır. “Bu vacibdir, çünki melatonin hormonunun ifrazının pik həddi saat 21:00-dan 4:00-a qədər baş verir və bu zaman yatmaq lazımdır”, - deyə professor izah edib. Mənbə: lenta.ru Вернуться назад |