Главная > Manset / Cəmiyyət > Sabahdan məktəblilərin payız tətili başlayır
Sabahdan məktəblilərin payız tətili başlayır15-11-2023, 15:29. Разместил: azadses |
Sabahdan, noyabrın 16-dan məktəblilərin payız tətili başlayır. “Report” xəbər verir ki, 5 günlük tətil noyabrın 20-də başa çatacaq. Şagirdlər noyabrın 21-də dərsə gələcəklər. Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qanuna əsasən məktəblərdə payız tətilinin günləri 16-20 noyabr olmaqla 5 gün davam edir. Вернуться назад |