Главная > Manset / İdman > Çelenc Kuboku: “Azərreyl” bu gün cavab oyununa çıxacaq

Çelenc Kuboku: “Azərreyl” bu gün cavab oyununa çıxacaq


15-11-2023, 13:52. Разместил: azadses
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çelenc Kubokunda bu gün növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, Cengiz Akarçeşm'nin baş məşqçisi olduğu kollektiv 1/16 final mərhələsinin cavab matçında İspaniyada “Avarka de Menorka”nın qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Noyabrın 9-da Bakıda gerçəkləşən ilk görüşdə Azərbaycan təmsilçisi 3:1 (23:25, 25:15, 25:19, 25:23) hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Azərreyl” əvvəlki mərhələdə Ukrayna “Balta”sını mübarizədən kənarlaşdırıb.


Вернуться назад