Главная > Manset / Cəmiyyət > Alimlər yuxusuzluqla demensiya arasında əlaqə aşkar ediblər
Alimlər yuxusuzluqla demensiya arasında əlaqə aşkar ediblər14-11-2023, 10:29. Разместил: azadses |
Xroniki doyunca yatmamanın pleiotrofin (PTN) zülalının səviyyəsini azaldır ki, bu da neyronların disfunksiyasına və sonrakı neyrodegenerativ xəstəliklərə səbəb olur. “Report” xəbər verir ki, bu barədə Binçjou Tibb Kollecinin alimlərinin qənaətə gəldiyi nəticələr “The Publications Division of the American Chemical Society”də (ACS) dərc olunub. Çoxsaylı araşdırmalar göstərib ki, yuxu çatışmazlığı beynin öyrənmə və yaddaşa cavabdeh olan hipokampusda nevroloji zədələnməyə səbəb olur. Bu fenomenin altında yatan mexanizmləri tədqiq etmək üçün çinli alimlər yuxusuzluğun RNT-də hansı dəyişiklikləri işə saldığını təhlil ediblər. RNT hüceyrə nüvəsində olan üç molekuldan biri olan ribonuklein turşusudur. O, genlərin kodlaşdırılmasında və ifadəsində iştirak edir. Məlum olub ki, yuxu çatışmazlığı siçanlarda pleiotrofin (PTN) səviyyəsinin azalmasına gətirib çıxarır. Bu protein PTN geni ilə kodlanır. Elm adamları PTN səviyyələrinin azalmasının hipokampusda neyron disfunksiyasına yol açdığını aşkar ediblər. Tədqiqatçılar bu prosesin insanlarda demensiya (o cümlədən Altshaymer xəstəliyi) kimi neyrodegenerativ xəstəliklərdə tez-tez baş verdiyini iddia edirlər. Alimlər hesab edirlər ki, PTN səviyyəsi yuxusuzluq sonucunda yaranan koqnitiv pozuntuların mövcudluğunun göstəricisi ola bilər. Вернуться назад |