Главная > Manset / Dünya > ABŞ-də dünyada ilk tam göz transplantasiyası həyata keçirilib: Əməliyyatda 140 tibb işçisi iştirak edib
ABŞ-də dünyada ilk tam göz transplantasiyası həyata keçirilib: Əməliyyatda 140 tibb işçisi iştirak edib11-11-2023, 19:42. Разместил: azadses |
Nyu-Yorkdakı (ABŞ) “NYU Langone Health” tibb mərkəzinin cərrahları dünyada ilk dəfə insana tam göz transplantasiyasını həyata keçiriblər. İndiyədək həkimlər yalnız buynuz qişanı köçürə biliblər. “Bizim bir gözü köçürməyimiz irəliyə doğru böyük bir addımdır”, - deyə həkimlər qrupuna rəhbərlik edən Eduardo Rodriges bildirib. Xəstə iş yerində yüksək gərginlikli elektrik cərəyanının təsiri nəticəsində sağlamlığını itirmiş Arkanzas ştatından 46 yaşlı hərbi veteran Aaron Ceyms olub. Hadisə nəticəsində onun üzünün sol nahiyəsi, o cümlədən gözü, burnu və ağzı zədələnib. Əməliyyat 21 saat davam edib. Cərrahların sözlərinə görə, transplantasiya edilən orqan əməliyyatdan sonra heyrətləndirici sağlamlıq əlamətləri göstərib. Rodrigesin sözlərinə görə, onun görmə qabiliyyəti bərpa olunmasa belə, canlı göz almasının köçürülməsi bir çox yeni imkanlara yol açır. Ceymsin yeni gözlə görüb-görə bilməyəcəyi isə hələ məlum deyil. Mənbə: Reuters Вернуться назад |