Главная > Manset / Dünya > Ərdoğan Səudiyyə Ərəbistanında Yaxın Şərqdə baş verən hadisələri müzakirə edəcək

Ərdoğan Səudiyyə Ərəbistanında Yaxın Şərqdə baş verən hadisələri müzakirə edəcək


11-11-2023, 16:13. Разместил: azadses
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fövqəladə İslam Zirvə Toplantısında iştirak etmək üçün bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edəcək.

Bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

Türkiyə Prezidentinin toplantı çərçivəsində ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.
Bildirilir ki, Zirvə Toplantısının əsas mövzusu Yaxın Şərqdəki son hadisələr, İsrail-Fələstin münaqişəsi olacaq.

Mənbə: Anadolu


Вернуться назад