Главная > Manset / Dünya > Rusiya Mərkəzi Asiya ölkələrini Avropa ilə bağlı xəbərdar edib
Rusiya Mərkəzi Asiya ölkələrini Avropa ilə bağlı xəbərdar edib8-11-2023, 17:42. Разместил: azadses |
“Rusiya Mərkəzi Asiya ölkələrinin Avropa ilə münasibətləri inkişaf etdirmək hüququna hörmətlə yanaşır, lakin onlar Qərb liderlərinin eqoist maraqlarını başa düşməlidirlər. “Report” xəbər verir ki, bu sözləri RİA Novosti-yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə üçüncü departamentinin direktoru Aleksandr Sternik deyib. Diplomat qeyd edib ki, MDB, Aİİ, KTMT, ŞƏT-də, eləcə də ikitərəfli sazişlər çərçivəsində birgə öhdəliklərin həyata keçirilməsi yüksək qiymətləndirilir. “Qərbin Mərkəzi Asiya regionuna diqqət yetirməsinin səbəbləri barədə də sadəlövh deyilik. Tərəfdaşlar bizim geosiyasi rəqiblərimizin gizli gündəmini və eqoist motivlərini mükəmməl başa düşürlər”. Вернуться назад |