Главная > Manset / Dünya > Rusiya Günəş sistemindən kənara cihaz buraxmağı planlaşdırır

Rusiya Günəş sistemindən kənara cihaz buraxmağı planlaşdırır


6-11-2023, 09:41. Разместил: azadses
Rusiyalı mütəxəssislər ulduzlararası fəzanın tədqiqi və kosmik cihazın Günəş sistemindən kənara uçması layihəsini hazırlayırlar.

“Report” “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, bu barədə noyabrın 5-də Keldış Mərkəzinin (“Roskosmos” dövlət korporasiyasının bir hissəsi) baş direktoru Vladimir Koşlakov deyib.

“İndi ulduzlararası məkanın tədqiqi üçün layihə formalaşdırılır və Günəş sistemindən kənara bir cihazın uçuşu ilə kosmik təcrübə hazırlanır”, – o vurğulayıb.

Koşlakov əmin edib ki, qurğu Keldış Mərkəzində hazırlanmış dünyanın ən güclü plazma mühərriki ilə təchiz olunacaq. O əlavə edib ki, cihaz uzun illər işləyə biləcək.


Вернуться назад