Главная > Manset / Siyasət > Azərbaycan 6-cı Çin Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Azərbaycan 6-cı Çin Beynəlxalq İdxal Sərgisində təmsil olunur5-11-2023, 20:30. Разместил: azadses |
Bu gün Çinin iri maliyyə-biznes mərkəzi olan Şanxay şəhərində 6-cı Çin Beynəlxalq İdxal Sərgisi işə başlayır. “Report” xəbər verir ki, Çinin Ticarət Nazirliyinin, Şanxay meriyasının və Çin Beynəlxalq İdxal Sərgi Bürosunun təşkilatçılığı ilə keçirilən sərgiyə 154 ölkə və beynəlxalq təşkilatdan 3 400 iştirakçı, o cümlədən “Global Fortune 500” siyahısından 289 şirkət qatılıb. Şanxay sərgisində 70-dən çox ölkənin milli stendi ilə yanaşı, müxtəlif sahələr üzrə şirkətlərin biznes pavilyonları da fəaliyyət göstərir. Noyabrın 10-dək davam edəcək sərginin gedişində 400-dən çox məhsul, texnologiya və xidmət ictimaiyyətə ilk dəfə təqdim olunacaq. Sərgidə Azərbaycandan Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti iştirak edir. Qeyd edək ki, 2018-ci ildən keçirilən Çin Beynəlxalq İdxal Sərgisi dünyada ölkə səviyyəsində yeganə idxal sərgisidir. Вернуться назад |