Главная > Manset / Dünya > Uruqvayda üç vəzifəli şəxs pasport qalmaqalına görə istefa verib

Uruqvayda üç vəzifəli şəxs pasport qalmaqalına görə istefa verib


5-11-2023, 15:33. Разместил: azadses
Uruqvayın daxili işlər naziri Luis Eber xarici işlər nazirinin ardınca uruqvaylı narkotik alverçisi Sebastian Marsetə pasport verilməsi ilə bağlı qalmaqala görə istefa verib.

“Report”un məlumatına görə, bu barədə Uruqvay Şərq Respublikasının prezidenti Luis Lakalye Pou bildirib.

“Bu gün nazir Luis Alberto Eber, nazir müavini Qilermo Masiel və prezidentin köməkçisi Roberto Lafluf istefa veriblər. Hər üçünün ərizələrini qəbul etdim”, - deyə o qeyd edib.

Dövlət başçısı bildirib ki, qanuna əsasən, Marse cinayət əməllərinə baxmayaraq, yeni pasport almaq hüququna malikdir: “İş açılsa, əminəm ki, istefa verən məmurlar məhkəmədə özlərini və şərəflərini müdafiə edə biləcəklər”.


Вернуться назад