Главная > Manset / İdman > Dünya çempionatı: Azərbaycan millisi bu gün 1/4 final oyununa çıxacaq

Dünya çempionatı: Azərbaycan millisi bu gün 1/4 final oyununa çıxacaq


2-11-2023, 09:39. Разместил: azadses
Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün 1/4 final oyununa çıxacaq.

"Report"un məlumatına görə, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Bolqarıstan ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Azərbaycan komandası əvvəlki rmərhələdə Portuqaliyanı (3:0), rəqib isə İngiltərəni (2:1) mübarizədən kənarlaşdırıb. Milli qrup mərhələsində Misir, İraq və Küveyti, bolqarlar isə Oman, Monteneqro və Yaponiyanı məğlub edib.


Вернуться назад