Главная > Manset / İqtisadiyyat > Vüqar Gülməmmədov: "Naxçıvanda bəzi nöqsanlar hüquqi bazanın təkmil olmamasından irəli gəlir"
Vüqar Gülməmmədov: "Naxçıvanda bəzi nöqsanlar hüquqi bazanın təkmil olmamasından irəli gəlir"30-10-2023, 09:40. Разместил: azadses |
Naxçıvan Muxtar Respublikasında aşkar olunan bəzi nöqsanlar onların hüquqi bazanın təkmil olmamasından irəli gəldiyini deməyə əsas verir. "Report"un yerli bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib. "Bu il Palata bölgənin əhatə dairəsində olan dövlət müəssisə və təşkilatlarında 9 audit aparıb. Auditlərin nəticələri ümumiləşdirilərək ümumi xarakterli nöqsanların hamısı qruplaşdırılıb. Bu nöqsanların biziləri bizə hüquqi bazanın təkmil olmamasından irəli gəldiyini deməyə əsas verir", - deyə o qeyd edib. "Hüquqi bazanın təkmil olması dövlət büdcəsinin layihəsi və icrası dövrlərini tam şəkildə əhatə etdiyindən bununla bağlı muxtar respublikanın rəhbərliyi ilə təkliflər vermək fikrimiz var. Bu təkliflər büdcənin həm layihələndirilməsi, həm də icrası dövründə büdcənin daha təkmil olmasına töhfəsini verməlidir", - deyə sədr əlavə edib. Вернуться назад |