Главная > Manset / Dünya > Qazaxıstanda şaxtada qəza zamanı 16 nəfər ölüb, onlarla insan itkin düşüb - YENİLƏNİB

Qazaxıstanda şaxtada qəza zamanı 16 nəfər ölüb, onlarla insan itkin düşüb - YENİLƏNİB


28-10-2023, 10:27. Разместил: azadses
Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada metan qazının partlaması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Arcelormittal Temirtau" şirkətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, daha 31 şaxtaçının axtarışları davam edir.

Hadisənin baş verməsinə səbəb kimi lavada metan qazının partlaması ehtimal olunur.

07:50
Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada metan qazının partlaması nəticəsində 11 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Arcelormittal Temirtau" şirkətinin mətbuat xidməti məlumat yayıb.

"Qəza zamanı şaxtada 252 nəfər olub, onlardan 205-si səthə çıxarılıb. On bir şaxtaçının meyiti həyat əlaməti olmadan tapılıb. Ehtimal olunur ki, lavada metan qazının partlaması baş verib", - açıqlamada deyilir.


Вернуться назад