Главная > Manset / Cəmiyyət > Məhkəmə Bakıda əcnəbiyə qarşı quldurluq edən pakistanlı ilə bağlı qərar verdi
Məhkəmə Bakıda əcnəbiyə qarşı quldurluq edən pakistanlı ilə bağlı qərar verdi25-10-2023, 19:40. Разместил: azadses |
Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Pakistan vətəndaşı Çaudhari Şahzad Ali Nasir Alinin barəsindəki hökmdən verilən apellyasiya şirkəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında həbs olunub. Qeyd edək ki, Pakistan vətəndaşı Çaudhari Şahzad Ali Nasir Ali barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. O, Bakıda əcnəbiyə qarşı quldurluq edib. Вернуться назад |