Главная > Manset / İdman > "Qarabağ"ın futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçə bilər

"Qarabağ"ın futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçə bilər


25-10-2023, 13:48. Разместил: azadses
"Qarabağ"ın futbolçusu Abdullah Zubir iki klubun diqqət mərkəzindədir.

"Report" "Lequipe" nəşrinə istinadən xəbər verir ki, adı hələlik açıqlanmayan Fransa Liqa 1 təmsilçisi 32 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.

Səudiyyə Ərəbistanından "Əl-Riyad" da Zubiri transfer etmək istəyir.

Qeyd edək ki, Abdulla Zubir 2018-ci ildən "köhlən atlar"ın şərəfini qoruyur. Onun hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq. Peşəkar karyerasına Fransanın "Qrenobl" klubunda başlayan futbolçu bu ölkədə "İstr" və "Lans" kimi komandaların da formasını geyinib.


Вернуться назад