Главная > Manset / İqtisadiyyat > Azərbaycanda 9 ayda dövlət xəttilə 392 milyon manat ipoteka krediti verilib

Azərbaycanda 9 ayda dövlət xəttilə 392 milyon manat ipoteka krediti verilib


24-10-2023, 09:41. Разместил: azadses
Bu ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 391,9 milyon manat kredit verilib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,9 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 24 % artaraq 353,6 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 31,7 % artaraq 270 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 31 % azalaraq 65,7 milyon manata düşüb.


Вернуться назад