Главная > Manset / Cəmiyyət > Azərbaycanda yanvar-sentyabr aylarında 60 min şəxsə reabilitasiya xidməti göstərilib
Azərbaycanda yanvar-sentyabr aylarında 60 min şəxsə reabilitasiya xidməti göstərilib23-10-2023, 08:00. Разместил: azadses |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-sentyabr aylarında 36,9 min şəxsə əlillik təyin edilib. Nazirlikdən "Report"a bildirilib ki, onlardan 18,2 mininə ilkin, 18,7 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub. Qeyd olunan dövrdə Agentliyin reabilitasiya müəssisələrində 60 min şəxsə reabilitasiya xidmətləri göstərilib. Вернуться назад |