Главная > Manset / İdman > Renat Dadaşovun komandası bu gün "Fənərbağça" ilə üz-üzə gələcək

Renat Dadaşovun komandası bu gün "Fənərbağça" ilə üz-üzə gələcək


22-10-2023, 10:29. Разместил: azadses
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" Türkiyə Super Liqasında bu gün növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, Volkan Demirelin baş məşqçisi olduğu komanda IX turda "Fənərbağça"nın qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, əvvəlki bütün matçlarda qələbə qazanan İstanbul təmsilçisi 24 xalla ikinci, "Hatayspor" isə 14 xalla beşinci pillədə qərarlaşıb.


Вернуться назад