Главная > Manset / Siyasət > Avropalı politoloq: “Azərbaycan separatizmlə mübarizədə örnək olub, bunu təbliğ etmək lazımdır”
Avropalı politoloq: “Azərbaycan separatizmlə mübarizədə örnək olub, bunu təbliğ etmək lazımdır”20-10-2023, 08:52. Разместил: azadses |
Azərbaycanın Qarabağda apardığı uğurlu lokal antiterror tədbirləri, ardınca da Qarabağda separatçı liderləri həbs etməsi dünya gündəmindədir. Qərb mediasında bu prosesə qərəzli yanaşma halları isə haqlı tənqidlərə səbəb olub. Avstriyadan olan siyasi şərhçi Martin Malek "Report"un Şərqi Avropa bürosuna təəssüf hissi ilə bildirib ki, Avropa mediası bu uğurlu nümunəni yetərincə təbliğ etmir: "Bu barədə alman dilli mətbuatda qısa məlumat yayıldı, amma əksər media qurumları unudublar ki, Azərbaycan Qarabağ separatçılarının liderlərini həbs edib, separatizmlə mübarizədə örnək olub. Bunu təbliğ etmək lazımdır". M. Malek bu prosesin digər postsovet dövlətlərində belə uğurlu olmayacağını hesab edir: "Bu prosesin digər postsovet respublikalarında, xüsusən Moldovada, Ukraynada və Gürcüstanda separatizmə son qoymaq məsələsində hansı kömək edə biləcəyinə gəlincə, mən heç də belə düşünmürəm ki o ölkələrdə bu proses belə uğurla təkrar oluna bilər. Onlarda indi durum başqadır. Qondarma Dnestryanı respublika, Donetsk Xalq Respublikası, Luqansk Xalq Respublikası, Abxaziya və Cənubi Osetiyanı kimi digər separatçı qurumların heç birinin separatçı ambisiyalarından əl çəkib yenidən metropoliten dövlətə qoşulmağa məcbur ediləcək halları hələ ki, yoxdur. Düşünürəm ki, bu belədir: separatizm güc tətbiqi ilə sonlandırılır, ya da heç vaxt sona çatmır. Necə ki ölkəniz bunu artıq etdi". Moldovadan olan hərbi-siyasi Adrian Keptonar isə "Report"a bildirib ki, Azərbaycanın separatçı liderləri həbs etməsini postsovet məkanındakı digər separatçılar da düşünməlidir: "Onlar başa düşməlidirlər ki, Qarabağda olduğu kimi, Dnestryanı, Abxaziya və digər yerlərdə də onları bu aqibət gözləyir. Biz bunu Qarabağda, Ukraynada gördük. Dnestryanı münaqişəsinin də tezliklə həll ediləcəyinin şahidi olacağıq". Вернуться назад |