Главная > Manset / İqtisadiyyat > Azərbaycan sentyabrda OPEC kvotasını təxminən 72 % istifadə edib
Azərbaycan sentyabrda OPEC kvotasını təxminən 72 % istifadə edib19-10-2023, 09:39. Разместил: azadses |
Bu ilin sentyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 607 min barel olub. "Report"un Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunun 491 min barelini xam neft, 116 min barelini kondensat təşkil edib. Bununla da Azərbaycan OPEC kvotasını 71,8 % istifadə edib. Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir. Вернуться назад |