Главная > Manset / Cəmiyyət > DİN saxta kredit elanları ilə bağlı xəbərdarlıq edib

DİN saxta kredit elanları ilə bağlı xəbərdarlıq edib


19-10-2023, 10:30. Разместил: azadses
Daxili İşlər Nazirliyi (DİN) saxta kredit elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Bu barədə “Report”a DİN-dən bildirilib.

"Sürətli və aşağı faizli kredit imkanı" kimi başlıqlı bankların adlarını və ya loqolarını təqlid edərək fişinq məqsədilə göndərilən mesajlara (keçidlərə) diqqət edin.

Belə saxta və imitasiyalı linklərə tıklamayın!

Şəxsi və kart məlumatlarınızı paylaşmayın!", - məlumatda vurğulanır.

Nəcməddin Quluzadə



Вернуться назад