Главная > Manset / Dünya > Duma Rusiyanın nüvə sınaqlarının qadağan olunması ilə bağlı müqavilədən çıxmasına razılıq verib
Duma Rusiyanın nüvə sınaqlarının qadağan olunması ilə bağlı müqavilədən çıxmasına razılıq verib18-10-2023, 20:31. Разместил: azadses |
Dövlət Duması Rusiyanın nüvə sınaqlarının qadağan olunması ilə bağlı müqavilədən çıxmasına razılıq verib. “Report”un xəbərinə görə, məsələ oktyabrın 18-də qanunverici orqanda müzakirəyə çıxarılıb. Deputatlar layihəni dəstəkləyiblər. Bununla da Dövlət Duması Rusiyanın nüvə sınaqlarının qadağan olunması haqqında müqavilədən çıxması ilə bağlı qanun layihəsini qəbul edib. Qeyd edək ki, müqavilə 2000-ci ildə BMT Baş Assambleyası tərəfindən təsdiq edilib. Onu 178 ölkə ratifikasiya edib, ancaq ABŞ hələ bu addımı atmayıb. Вернуться назад |