Главная > Manset / Dünya > Bayden Təl-Əvivdə bəyanat verib: “ABŞ İsrailin yanındadır və lazım olan yardımı göstərəcək”

Bayden Təl-Əvivdə bəyanat verib: “ABŞ İsrailin yanındadır və lazım olan yardımı göstərəcək”


18-10-2023, 08:52. Разместил: azadses
“ABŞ İsrailin yanındadır”.

“Report” xəbər verir ki, bunu İsraildə səfərdə olan ABŞ Prezidenti Cozef Bayden İsrail Baş naziri Benyamin Netanyahu ilə birgə bəyanatında çıxışı zamanı deyib.

O bildirib ki, İsrail xalqının cəsarətini təqdir edir.

C.Bayden İsrailin özünümüdafiə haqqının olduğunu söyləyib: “Onu da deyim ki, HƏMAS bütün Fələstini təmsil etmir”.

Birləşmiş Ştatlar lideri söyləyib ki, Ağ ev İsrailin müdafiəsi üçün lazım olan yardımı göstərəcək. O, həmçinin səfərinin məqsədinin ABŞ-ın İsraili dəstəklədiyini dünyaya nümayiş etdirmək olduğunu deyib.

ABŞ Prezidenti Qəzzadakı xəstəxanaya hücum barədə də danışıb. O, bunu partlayışla əlaqələndirib: “Görünən odur ki, xəstəxanaya hücumu siz (red: İsrail) yox, qarşı tərəf həyata keçirib. Amma bir çox adam buna inanmır”.


Вернуться назад