Главная > Manset / İdman > Azərbaycan gimnastları Avropa çempionatı üçün Bolqarıstana yollanıblar

Azərbaycan gimnastları Avropa çempionatı üçün Bolqarıstana yollanıblar


16-10-2023, 21:09. Разместил: azadses
Akrobatika gimnastikası üzrə Azərbaycan millisi Bolqarıstana yollanıb.

Azərbaycan Gimnastika Federasiyasından “Report”a verilən məlumata görə, idmançılar Varna şəhərində keçiriləcək 31-ci Avropa çempionatında çıxış edəcəklər.

Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Nəzrin Fərmanova, Aynur Yusufova, Lalə Hüseynova ibarət qadın qrupu (böyüklər), Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiridən ibarət qadın qrupu (gənclər), Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü turnirdə qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, 31-ci Avropa çempionatı oktyabrın 18-22-si aralığında keçiriləcək.
Вернуться назад