Главная > Manset / Dünya > Rusiya Prezidenti: “ABŞ-nin hazırkı siyasəti müstəmləkəçilik siyasətinin təzahürüdür”
Rusiya Prezidenti: “ABŞ-nin hazırkı siyasəti müstəmləkəçilik siyasətinin təzahürüdür”16-10-2023, 09:38. Разместил: azadses |
“ABŞ-nin hazırkı siyasəti müstəmləkəçilik siyasətinin təzahürüdür”. “Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çin KİV-inə müsahibəsində deyib. O bildirib ki, Qərbin tətbiq etmək istədiyi qaydalar cəfəngiyyatdır: “Çünki kimsə bunlarla razılaşmayıb”. V.Putin vurğulayıb ki, Ukraynanın bloklara qoşulmaması Rusiya üçün son dərəcə vacibdir: “Bəzi ölkələrin təhlükəsizliyini digərlərinin təhlükəsizliyini pozmaqla qurmaq olmaz”. Rusiya Prezidenti söyləyib ki, ölkəsi Ukrayna ilə müharibənin sülh yolu ilə başa çatmasına heç vaxt etiraz etməyib: “Lakin Kiyev buna hazır olduğunu bəyan etməlidir”. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir. Вернуться назад |