Главная > Manset / Dünya > İsrail ordusu HƏMAS-ın komandanlıq mərkəzlərini məhv edib

İsrail ordusu HƏMAS-ın komandanlıq mərkəzlərini məhv edib


15-10-2023, 08:00. Разместил: azadses
İsrailin Müdafiə Ordusu Qəzza zolağında HƏMAS-ın komandanlıq mərkəzlərinə hava zərbəsi endirib.

"Report"un məlumatına görə, müvafiq paylaşım ordunun teleqram kanalında yerləşdirilib.

“İsrail Ordusu gün ərzində Qəzza zolağında HƏMAS-ın hərbi obyektlərinə zərbələr endirməkdə davam edib. Hədəflər arasında terrorçular, əməliyyat komandanlıq mərkəzləri və onlarla minaatan var”, - məlumatda bildirilir.

Söhbət həm də yeraltı tunellərdən çıxarkən aşkarlanan bir neçə HƏMAS döyüşçüsünün məhv edilməsindən gedir. Tunelin özü də vurulub.


Вернуться назад