Главная > Manset / İqtisadiyyat > “TuranBank” 2023-cü ilin III rübünün nəticələrini elan edib

“TuranBank” 2023-cü ilin III rübünün nəticələrini elan edib


13-10-2023, 17:54. Разместил: azadses
Azərbaycanın maliyyə sektorunda fəaliyyətini daha da genişləndirməyə davam edən “TuranBank” ASC 2023-cü ilin III rübünün maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.

1 oktyabr 2023-cü il tarixinə “TuranBank"ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 1,6 % və yaxud 12,9 milyon manat artaraq 833,8 milyon manat, müştərilərə verilmiş kreditləri 9,1 % və yaxud 50 milyon manat artaraq 598,6 milyon manat olub. Hesabat dövründə Bank qarşıya qoyulan strateji hədəfinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini daha da artırıb. Belə ki, Bankın biznes müştərilərinə verilmiş kreditləri 10,4 % və yaxud 32,6 milyon manat artaraq 346,5 milyon manat təşkil edib. Bankın cəmi depozit portfeli isə ötən ilin sonu ilə müqayisədə 1,7 % və yaxud 7,3 milyon manat artaraq 436,6 milyon manat, o cümlədən fiziki şəxslərin depozitləri 19,2 % və yaxud 63 milyon manat artaraq 390,9 milyon manat olub ki, bu da müştərilərin Banka inamının yüksək olmasının göstəricisidir.

“TuranBank” institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Belə ki, Bank Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), EMF Mikromaliyyə Fondu, Incofin İnvestisiya Fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), Sparkassenstiftung və s. kimi nüfuzlu maliyyə institutları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olub.

Hesabat dövründə “TuranBank” özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq sayca 20-ci satış nöqtəsini - yeni “Fəvvarələr” şöbəsini fərdi və korporativ müştərilərin istifadəsinə verib. Şöbə həftənin bütün günləri, saat 00:00-dək müştərilərin xidmətindədir. Ölkənin sosial-iqtisadi tərəqqisində fəal iştirak edən “TuranBank”ın əsas missiyası kiçik və orta sahibkarlığa və iqtisadiyyatın real sektorunun inkişafına töhfə verməkdir.

1992-ci ildən etibarən fəaliyyət göstərən “TuranBank” 20 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, “TuranBank”ın rəsmi veb səhifəsini və yaxud sosial şəbəkələrdəki (Feysbuk, İnstagram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

“TuranBank”

Bizimlə etibarlıdır …


Вернуться назад