Главная > Manset / Cəmiyyət > Növbəti iki gündə hava şəraiti sabit və yağmursuz keçəcək

Növbəti iki gündə hava şəraiti sabit və yağmursuz keçəcək


12-10-2023, 08:00. Разместил: azadses
Azərbaycanda müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti oktyabrın 12-si gündüzədək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, oktyabrın 13-14-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək.


Вернуться назад