Главная > Manset / Cəmiyyət > Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb


10-10-2023, 08:46. Разместил: azadses
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təxminən 3,7 milyard manat təşkil edib.

“Report” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 % çoxdur.

9 aylıq daxilolmaların 2,4 milyard manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 14,8 % çoxdur.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 132,8 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,1 % artaraq 98,2 milyon manata çatıb.

9 ay ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrünə nisbətən 15,3 % artaraq 683 milyon manat təşkil edib. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17 % artaraq 480,9 milyon manat olub.


Вернуться назад