Главная > Manset / Cəmiyyət > QMİ sədri dünyanın dini liderlərinin sessiyasında iştirak etmək üçün Qazaxıstana gedib

QMİ sədri dünyanın dini liderlərinin sessiyasında iştirak etmək üçün Qazaxıstana gedib


9-10-2023, 17:52. Разместил: azadses
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 9-da Qazaxıstana səfərə yola düşüb.

Bu barədə "Report"a idarədən məlumat verilib.

Bildirilib ki, Qazaxıstan Senatının sədri Maulen Aşimbayevin dəvəti ilə baş tutan səfərdə məqsəd oktyabrın 11-də paytaxt Astana şəhərində keçiriləcək Dünya və ənənəvi din liderlərinin Qurultay Katibliyinin XXI sessiyasında iştirak etməkdir.

Dinlərarası dialoq müstəvisində 20 ildən artıq tarixə malik nüfuzlu beynəlxalq platforma olan Dünya və ənənəvi din liderlərinin mütəmadi qurultaylarının daimi iştirakçısı və Qurultay Katibliyinin üzvü olaraq Şeyxülislam A. Paşazadənin 9-12 oktyabr tarixlərində Qazaxıstan paytaxtına həyata keçirəcəyi səfər çərçivəsində qardaş ölkənin yüksək məqam sahibləri, ölkənin dini lideri və Qurultay Katibliyi üzvləri ilə görüşləri nəzərdə tutulub.


Вернуться назад