Главная > Manset / Siyasət > Gürcüstanın Baş naziri Azərbaycan Prezidenti ilə müzakirə etdiyi məsələləri açıqlayıb
Gürcüstanın Baş naziri Azərbaycan Prezidenti ilə müzakirə etdiyi məsələləri açıqlayıb9-10-2023, 10:30. Разместил: azadses |
“Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı Gürcüstanın regionda davamlı sülh və sabitliyə verdiyi dəstəyi bir daha vurğuladıq”. “Report” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “X” hesabında yazıb. O bildirib ki, Tbilisi və Bakı əlaqələri gücləndirməyə və iqtisadi artımı dəstəkləməyə diqqət yetirir: “Biz ticarət, enerji, davamlılıq və infrastrukturun inkişafı sahəsində xalqlarımıza fayda vermək üçün birgə imkanları araşdırırıq”. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Gürcüstanda işgüzar səfərdə olub. Вернуться назад |