Главная > Manset / Hadisə > ANAMA: "Tərtərdə minaya düşən şəxsin hər iki ayağı amputasiya edilib"
ANAMA: "Tərtərdə minaya düşən şəxsin hər iki ayağı amputasiya edilib"7-10-2023, 16:02. Разместил: azadses |
Ötən gün Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında minaya düşən Zaməddin Həsənovun hər iki ayağı amputasiya edilib. "Report" xəbər verir ki, bu barədə Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Bildirilib ki, oktyabrın 6-da piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Həsənov Zaməddin Qəzənfər oğlu xəsarət alıb. Xəsarət alan şəxsin hər iki ayağı amputasiya edilib. Вернуться назад |