Главная > Manset / İdman > UEFA Avropa Liqası: "Qarabağ" İsveçdə "Hakken"lə qarşılaşacaq

UEFA Avropa Liqası: "Qarabağ" İsveçdə "Hakken"lə qarşılaşacaq


5-10-2023, 12:55. Разместил: azadses
"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İsveçdə "Hakken"in qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü avstriyalı FİFA referisi Sebastian Qishamer idarə edəcək.

H qrupunun digər matçında Almaniyanın "Bayer 04" kollektivi Norveçdə "Molde"nin qonağı olacaq. İlk turda Bundesliqa təmsilçisi "Hakken"i 4 cavabsız qolla üstələyib. Azərbaycan çempionu isə evdə norveçlilərə qalib gəlib - 1:0.

UEFA Avropa Liqası, qrup mərhələsi

II tur

H qrupu

23:00. "Hakken" (İsveç) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Sebastian Qishamer (Avstriya).

Höteborq. “Ullevi” stadionu.


Вернуться назад