Главная > Manset / İdman > Çempionlar Liqası: “Real” və “Bavariya” yeni rekorda imza atıblar - STATİSTİKA

Çempionlar Liqası: “Real” və “Bavariya” yeni rekorda imza atıblar - STATİSTİKA


4-10-2023, 08:51. Разместил: azadses
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin II turunda keçirilən ilk oyunlardan sonra qeydə alınan rekordları və maraqlı statistik göstəriciləri açıqlayıb.

“Report” xəbər verir ki, baş tutan qarşılaşmalardan 6-da diqqət çəkən məqamlar aşkarlanıb.

- İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Rasmus Hoylund Erlinq Holanndan (19 yaş 73 gün) sonra Çempionlar Liqasının ilk iki matçında qol vuran ən gənc oyunçudur. O, 20 yaş 241 günlüyündə bunu bacarıb.

- “Old Trafford” Türkiyə klublarının avrokubok tarixində 3 dəfə qələbə qazandıqları yeganə stadiondur. “Mançester Yunayted” 1996-cı ildə “Fənərbağça”ya, 2009-cu ildə “Beşiktaş”a doğma arenasında 0:1 hesabı ilə uduzub.

- İspaniya təmsilçisi “Real” İtaliyada ardıcıl 8 qələbə qazanan ilk qonaq komandadır. “Kral klubu” “Napoli”ni 3:2 hesabı ilə məğlub edib.

- Cud Bellinqem “Real”ın heyətində ÇL-in ilk iki görüşündə qol vuran üçüncü futbolçudur. Ona qədər 1998-ci ildə Kristian Karambö, 2009-cu ildə isə Kriştianu Ronaldu debüt matçlarında bunu həyata keçiriblər.

- Danimarkada yerli “Kopenhagen”i üstələyən (2:1) Almaniya çempionu “Bavariya” iki rekordunu yeniləyib. Münhenlilər qrupda ardıcıl 15-ci qalibiyyəti qazanmaqla yanaşı, məğlubiyyətsizlik seriyasını 36 matça (33 qələbə, 3 heç-heçə) çatdırıb.

- İspaniyanın “Sevilya” klubunun Niderland təmsilçisi PSV önündə (2:2) start heyətində 35 yaşdan yuxarı 4 oyunçu meydana çıxıb - Serxio Ramos (37), İvan Rakitiç (35), Xesus Navas (37), Fernando (36). Buna qədər rekord Norveç “Rusenborq”una məxsus idi. Adı çəkilən komanda 2007-ci ildə Almaniya klubu “Şalke 04” önünə 35 yaşdan yuxarı 4 oyunçu ilə çıxmışdı.

- “Sevilya”nın start heyətinin orta yaş həddi 31 yaş 263 gün idi. Bu, Çempionlar Liqasının tarixinin ən “qocaman” 3-cü komandasıdır.

- Serxio Ramos “Sevilya”nın heyətində 37 yaş 187 günündə məhsuldar ötürmə verib. O, 2014-cü ildə Rusiya klubu ÇSKA ilə qarşılaşmada 37 yaş 355 günlüyündə komandasına kömək edən Françesko Tottidən (“Roma”, İtaliya) sonra bunu bacaran ən yaşlı futbolçudur.

- Fransa təmsilçisi “Lans” ÇL-də 6-cı dəfə ilk qolu buraxdıqdan sonra geridönüş edərək, qələbə qazanmağa müvəffəq olub. Fransızlar İngiltərə “Arsenal”ını üstələyiblər - 2:1. Ən uzun seriya isə “Mançester Yunayted”ə məxsusdur (8 oyun).

- “Braqa” qitənin ən nüfuzlu klub turnirində iki top fərqi ilə geri düşdüyü qarşılaşmada qələbə qazanan ilk Portuqaliya komandasıdır. “Braqa” Almaniyada yerli “Union”la qarşılaşmanın birinci hissəsində ardıcıl iki top buraxsa da, sonda 3:2 hesablı qalibiyyət əldə edib.


Вернуться назад