Главная > Manset / Dünya > ABŞ-da konqresmenə silahlı hücum olub
ABŞ-da konqresmenə silahlı hücum olub3-10-2023, 11:09. Разместил: azadses |
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, konqresmen Henri Kuelyar Vaşinqtonda silahlı hücuma məruz qalıb. “Report” xəbər verir ki, bunu “Politico” yazıb. Naməlum şəxslər onun avtomobilini qaçırıblar. Qeyd edək ki, H.Kuelyar 2005-ci ildə Texasdan Konqresə üzv seçilib. O, son illər Konqresin Azərbaycan məsələləri üzrə komissiyasının həmsədri olub. Вернуться назад |