Главная > Manset / Dünya > Rusiyalı general Baxmutdakı uğursuzluğa görə Ukraynadakı komandanlıqdan uzaqlaşdırılıb
Rusiyalı general Baxmutdakı uğursuzluğa görə Ukraynadakı komandanlıqdan uzaqlaşdırılıb3-10-2023, 09:33. Разместил: azadses |
Rusiya Müdafiə Nazirliyi Ukraynada döyüşən general-leytenant Andrey Siçevi komandanlıqdan uzaqlaşdırıb. “Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. Bildirilib ki, buna səbəb Rusiya ordusunun Baxmut istiqamətində uğursuzluğudur. Onun hazırda Rusiya ordusunda hansı vəzifəni icra etdiyi məlum deyil. Qeyd edək ki, A.Siçev 2022-ci iyulun 20-də Ukraynadakı əməliyyatlarda Rusiya Silahlı Qüvvələrinin Qərb Hərbi Dairəsinin dislokasiya olunmuş qoşunlarının komandanı təyin edilib. O bu vəzifədə general-polkovnik Aleksandr Juravlyovu əvəzləyib. A.Siçev daha sonra Donetsk vilayətindəki əməliyyatların komandanı təyin edilib. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan etibarən əks-hücum əməliyyatlarını davam etdirir. Вернуться назад |