Главная > Manset / İdman > Çempionlar Liqası: "Qalatasaray" "Mançester Yunayted"in, "Real" "Napoli"nin qonağı olacaq
Çempionlar Liqası: "Qalatasaray" "Mançester Yunayted"in, "Real" "Napoli"nin qonağı olacaq3-10-2023, 07:55. Разместил: azadses |
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura start veriləcək. "Report" xəbər verir ki, ilk olaraq 4 qrupda 8 qarşılaşma baş tutacaq. Türkiyə təmsilçisi "Qalatasaray" İngiltərədə "Mançester Yunayted"in qonağı olacaq. A qrupunun digər matçında "Kopenhagen" Danimarkada Almaniya "Bavariya"sını qəbul edəcək. Çempionlar Liqası, qrup mərhələsi II tur A qrupu 23:00. "Mançester Yunayted" (İngiltərə) - "Qalatasaray" (Türkiyə) 23:00. "Kopenhagen" - "Bavariya" (Almaniya) Xal durumu: "Bavariya" - 3, "Qalatasaray" - 1, "Kopenhagen" - 1, "Mançester Yunayted" - 0 B qrupu 23:00. “Lans” (Fransa) - “Arsenal” (İngiltərə) 23:00. PSV (Niderland) - “Sevilya” (İspaniya) Xal durumu: "Arsenal" - 3, "Lans" - 1, "Sevilya" - 1, PSV - 0 C qrupu 20:45. “Union” (Berlin, Almaniya) - “Braqa” (Portuqaliya) 23:00. "Napoli" (İtaliya) - "Real" (İspaniya) Xal durumu: "Napoli" - 3, "Real" - 3, “Braqa” - 0, “Union” - 0 D qrupu 20:45. “Zaltsburq” (Avstriya) - “Real Sosyedad” (İspaniya) 23:00. “İnter” (İtaliya) - “Benfika” (Portuqaliya) Xal durumu: “Zaltsburq” - 3, “İnter” - 1, “Real Sosyedad” - 1, “Benfika” - 0 Вернуться назад |