Главная > Manset / Cəmiyyət > İşdə soyuqdəymədən qorunmağın yolları

İşdə soyuqdəymədən qorunmağın yolları


1-10-2023, 19:28. Разместил: azadses
Ofisdə soyuqdəyməyə tutulmamaq üçün ümumi immunitet qorunmalıdır, buna görə bir neçə qaydaya riayət etmək lazımdır.

Bu barədə rusiyalı tanınmış terapevt Qalina Aksyonova danışıb.

Onun sözlərinə görə, mikrobların yayılma riskini azaltmaq üçün hər üç-dörd saatdan bir otaq təxminən 10-15 dəqiqə havalandırılmalıdır.

“İkincisi, iş yerinizdə nəm təmizlik lazımdır: su və ya antiseptiklə nəmlənmiş birdəfəlik salfetlərlə masanın səthi silinməlidir”, - deyə mütəxəssis tövsiyə edib.

Aksyonova mikroblardan effektiv şəkildə qorunmaq üçün antiseptikdən istifadə etməyi və əlləri tez-tez yumağı da məsləhət görüb:
“Dərini zədələməmək üçün nəmləndirici təsiri olan kremdən istifadə edə bilərsiniz. Çirkli əllərlə üzə toxunmamağa çalışılmalıdır. Əllərdə mikroblar var ki, onlar selikli qişalara nüfuz edir və yoluxucu prosesin başlanmasına səbəb olur”, - deyə o əlavə edib.

Həkim, həmçinin, burnu fizioloji və ya duzlu məhlulla yaxalamağı tövsiyə edib. Onun sözlərinə görə, bu, selikli qişada bakteriyaları məhv edəcək.

Mənbə: Praym


Вернуться назад