Главная > Manset / Dünya > “Bayraktar” Ukraynada PUA zavodunun tikilməsi üçün yatırdığı sərmayəni açıqladı

“Bayraktar” Ukraynada PUA zavodunun tikilməsi üçün yatırdığı sərmayəni açıqladı


30-09-2023, 21:14. Разместил: azadses
Türkiyənin “Baykar” şirkəti Kiyevə pilotsuz təyyarələrin istehsalında kömək edəcək. Şirkət Ukraynada bir neçə layihəyə, o cümlədən PUA istehsalı zavodunun tikilməsinə 100 milyon dollar sərmayə qoyub.

Bu barədə şirkətin baş direktoru Haluk Bayraktar Kiyevdə keçirilən hərbi sənaye forumunda bildirib.

Onun sözlərinə görə, vəsait zavodun tikintisi ilə yanaşı, xidmət mərkəzinin və şirkətin Ukraynadakı baş ofisinin saxlanmasına sərf olunacaq.
“Tikinti artıq başlayıb. Onu başa çatdırmaq üçün təqribən 1,5 il vaxt lazımdır. Biz burada ən azı 300 nəfərin işləməsini planlaşdırırıq”, - deyə şirkət rəhbəri bildirib.

Mənbə: Ukrinform


Вернуться назад