Главная > Manset / Cəmiyyət > SOCAR-ın üç alt təşkilatında rəqəmsallaşmaya dair qiymətləndirmə aparılacaq

SOCAR-ın üç alt təşkilatında rəqəmsallaşmaya dair qiymətləndirmə aparılacaq


25-09-2023, 20:11. Разместил: azadses
Dövlət Neft Şirkətinin (SOCAR) 3 alt təşkilatında rəqəmsallaşma ilə bağlı qiymətləndirmənin aparılması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Bakıda keçirilən “Milli iqtisadiyyatda 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi”nə həsr olunmuş “Yeni nəsil iqtisadiyyatda Süni intellekt: çağırışlar və imkanlar” mövzusunda tədbirdə bildirib.

"Azərbaycanda süni intellektə dair çərçivə sənədi hazırlanıb. Sənəd təqribən 80 səhifədən ibarətdir. Bununla Azərbaycan dünyada bir ilkə imza atıb, indiyə qədər yalnız Braziliyada bələdçi sənəd tətbiq olunub. Dünya İqtisadi Forumunda çərçivə sənədi 3 dildə - ingilis, ispan və Azərbaycan dillərində təqdim edilib. Biz Qürur duyuruq ki, mütəxəssislərimiz bu sənədi tərcümə edərək həmkarlarımız üçün əlçatan ediblər. Bundan başqa, biz "Ağıllı sənayenin qiymətləndirilməsi" indeksini Azərbaycana gətirmişik. Hər bir sənaye obyektini 3 istiqamətdə təhlil etməklə (proseslərin təhlili, texnologiyanın təhlili və təşkilati quruluşun təhlili) onlara Rəqəmsal Yol Xəritəsi hazırlayırıq. Bu istiqamətdə Sinqapur və Türkiyədən həmkarlarımız bizə dəstək göstərirlər. Artıq "SOCAR Polymer" MMC və "AzerGold" ASC-də bu qiymətləndirmələr tətbiq olunub. Onlar üçün Yol Xəritəsi hazırlanıb. Növbəti mərhələdə isə SOCAR-ın 3 alt təşkilatında bu qiymətləndirmənin tətbiqi nəzərdə tutulur. Bu da onların rəqəmsallaşma yolunda hansı mərhələdə olmasını göstərəcək", - deyə o qeyd edib.


Вернуться назад