Главная > Manset / İdman > Dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi qızıl medal qazana bilər
Dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi qızıl medal qazana bilər24-09-2023, 16:09. Разместил: azadses |
Bu gün Azərbaycanın daha iki yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında final görüşünə çıxacaq. "Report"un məlumatına görə, 63 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov həlledici raundda Gürcüstan təmsilçisi Leri Abuladze ilə üz-üzə gələcək. 67 kq-dakı Həsrət Cəfərov qızıl medal uğrunda kubalı Luis Sançeslə görüşəcək. Bundan əlavə, 87 kq-dakı İslam Abbasov təsəlliverici qarşılaşmada Qızğızıstandan olan Azat Salidinovun müqavimətini qırmağa çalışacaq. Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, sərbəst güləşçilərdən Osman Nurməhəmmədov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) gümüş medal qazanıblar. Sənan Süleymanov, Həsrət Cəfərov və Maqomedxan Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da əldə ediblər. Вернуться назад |