Главная > Manset / Cəmiyyət > Müdafiə Nazirliyi: "Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub"
Müdafiə Nazirliyi: "Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub"20-09-2023, 16:06. Разместил: azadses |
Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub: 1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. 2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. 3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir. Вернуться назад |