Главная > Manset / Cəmiyyət > Erməni bloger Paşinyan hakimiyyətini ifşa etdi
Erməni bloger Paşinyan hakimiyyətini ifşa etdi20-09-2023, 13:41. Разместил: azadses |
Erməni bloger İşxan Verdyan özünün “Telegram” kanalında növbəti paylaşımı ilə yenə Ermənistan hakimiyyətini ifşa edib. O, baş nazir Nikol Paşinyana ünvanlandığı haqlı suallarla Qarabağdakı silahlı birləşmələrin Ermənistan dövlətindən dəstək aldığını, maliyyələşdirildiyini bir daha ortaya qoyub: “Əgər hazırda Qarabağda erməni silahlı qüvvələri həqiqətən yoxdursa, o zaman Nikol Paşinyana üç sual vermək istəyirəm: Niyə bu hərbçilər Ermənistanın dövlət büdcəsindən, yəni mənim ödədiyim vergidən maliyyələşir? Nə üçün bu hərbi qulluqçuların komandanlığı Ermənistan baş qərargahı tərəfindən əlaqələndirilir? Nə üçün Ermənistanda məhkəmələr 44 günlük müharibədən qalan Qarabağ komandirlərini mühakimə edirlər?” “Beynəlxalq ictimaiyyəti istədiyiniz qədər aldada bilərsiniz, amma məni, Ermənistan Respublikasının məsuliyyətli vətəndaşını aldada bilməzsiniz”, - deyə erməni bloger İşxan Verdyan qeyd edib. Вернуться назад |