Главная > Manset / Cəmiyyət > AAYDA Xocavəndə baş verən partlayışla bağlı məlumat yayıb

AAYDA Xocavəndə baş verən partlayışla bağlı məlumat yayıb


19-09-2023, 12:00. Разместил: azadses
Bu gün səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus və sözügedən yolda çalışan “Howo” markalı yük maşını tank əleyhinə minaya düşüb.

Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, nəticədə agentliyin 2 əməkdaşı - 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar.

Hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı müvafiq araşdırma aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həlak olanları həlak olanların ailələrinə və yaxınlarına baş sağlığı verir. Allah rəhmət eləsin!


Вернуться назад