Главная > Manset / Dünya > Ağ Ev: Bayden BMT Təhlükəsizlik Şurasında islahatlar aparmaq istəyini təsdiqləyəcək

Ağ Ev: Bayden BMT Təhlükəsizlik Şurasında islahatlar aparmaq istəyini təsdiqləyəcək


18-09-2023, 07:58. Разместил: azadses
ABŞ Prezidenti Cozef Bayden BMT Baş Assambleyasının (GA) 78-ci sessiyasındakı çıxışında Vaşinqtonun Təhlükəsizlik Şurasını genişləndirmək istəyini təsdiq edəcək.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “The Daily Telegraph” qəzetinə müsahibəsində bildirib.

"Biz açıq şəkildə bildirdik ki, Təhlükəsizlik Şurasının arxitekturasına nəzər salmağın vaxtıdır. Hesab edirik ki, o, daha əhatəli olmalıdır", - Kirbi deyib.

O, qeyd edib ki, Bayden bu həftə BMT Təhlükəsizlik Şurasının genişləndirilməsini dəstəkləyəcək.

Hazırda BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü var: Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa. Bu ölkələrin hər biri şurada veto hüququna malikdir. Coğrafi əsaslarla seçilən 10 dövlət üzvü qeyri-daimi üzv statusuna malikdir.

Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT TŞ-in sıralarının genişləndirilməsi təklifi ilə çıxış edib. O, “dünya beşdən böyükdür” deyib. Eyni zamanda digər ölkələrin liderləri də bu təklifi dəstəkləyiblər.


Вернуться назад