Главная > Manset / İdman > Azərbaycan cüdoçuları açıq Avropa turnirini 3 medalla başa vurublar

Azərbaycan cüdoçuları açıq Avropa turnirini 3 medalla başa vurublar


17-09-2023, 20:19. Разместил: azadses
Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan açıq Avropa turnirinin ikinci günündə bir medal qazanıblar.

“Report”un məlumatına görə, millinin 7 üzvü yarışa qoşulsa da, onlardan yalnız Ruslan Nəsirli fəxri kürsüyə çıxa bilib.

O, 100 kq çəki dərəcəsində bürünc mükafata yiyələnib. Bununla da Azərbaycan millisi açıq Avropa turnirini 3 medalla tamamlayıblar.

Qeyd edək ki, cüdoçularımız yarışın ilk günündə 1 qızıl, 1 gümüş medal əldə ediblər. Nəriman Mirzəyev (73 kq) çempion olubsa, İslam Rəhimov (66 kq) ikinci yeri tutub.


Вернуться назад